- Xəbər news
- 22:11 05.12.2025
Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin növbəti oyunları keçirilir.
Corner.az xəbər verir ki, üçüncü oyun günündə daha iki görüş baş tutub.İlk görüşdə Madaqaskar və Konqo yığmaları üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçın əsas və əlavə vaxtı qalib müəyyənləşməyib. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Madaqaskar yığması tarixində ilk dəfə qatıldığı Afrika Millətlər Kubokunda 1/4 finala yüksəlib.
Günün digər oyununda isə Əlcəzair və Qvineya yığmaları qarşılaşıb.Əlcəzair yığması rəqibini 3-0 hesabıyla məğlub edərək növbəti mərhələyə yüksəlib.
Afrika Millətlər Kuboku, 1/8 final
Madaqaskar 2-2 Konqo (penaltilər 4:1)
Qol: Amada, 9. Andriatsima, 77 – Bakambu, 21. Mbemba, 90.
Əlcəzair 3-0 Qvineya
Qol: Belaili, 24. Mahrez, 57. Ounas, 82.