6 dekabr 2025. Şənbə

Amerika kubokunda çempion - Braziliya!


Amerika kubokunda çempion - Braziliya!

Amerika Kubokunun qalibi bəlli olub.

Corner.az xəbər verir ki, həlledici görüşdə Braziliya və Peru yığma komandaları qarşılaşıb.Braziliya yığması rəqibini 3-1 hesabı ilə məğlub edərək kubokun sahibi olub.

Beləliklə, Braziliya yığması tarixində 9-cu dəfə Amerika Kubokunun qalibi olub. Bu komanda daha öncə 1919, 1922, 1949, 1989, 1997, 1999, 2004 və 2007-ci illərdə də çempion olmuşdu. Amerika Kubokunu ən çox qazanan kollektivlər isə Uruqvay (15 dəfə) və Argentinadı (14).

Amerika Kuboku, final

Braziliya 3-1 Peru 

Qollar: 15' Everton, 45' G.Jesus, 90' Riçarlison

Qırmızı vərəqə: 70' G.Jesus







Xəbər news