27 dekabr 2024. Cümə

2024-cü ildə Bakıda hansı yarışlar keçiriləcək? - FOTOLAR

Paytaxtımızı bu il hansı mötəbət turnirlər gözləyir!!!


2024-cü ildə Bakıda hansı yarışlar keçiriləcək? - FOTOLAR

Bu il Bakı ənənəvi olaraq bir çox mötəbət beynəlxalq yarışlara ev sahibliyi edəcək.

90deqiqe.az "İdman.biz" saytına istinadən paytaxtımızda keçiriləcək həmin turnirlərin qısa təqvimini təqdim edir.

Cüdo üzrə "Böyük Dəbilqə" (16-18 fevral)
Bakıda ilin ilk beynəlxalq yarışı cüdo üzrə "Böyük Dəbilqə" olacaq. Reytinq xalı verəcək yarışın noyabrda keçirilməsi planlaşdırılsa da, təşkilatçıların Beynəlxalq Cüdo Federasiyası ilə razılığı əsasında fevrala keçirilib. Turnirin çox sayda iştirakçı ölkəni bir araya gətirəcəyi şübhəsizdir. Çünki Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalı qazanmaq üçün dünyanın ən güclüləri Bakıya üz tutacaq. Azərbaycan ev sahibi olacağından hər çəkidə 4 çüdoçu ilə mübarizə apara biləcək. Bu da öz növbəsində, milli komandamızın medal qazanmaq şansını artıracaq.

Batut və tamblinq üzrə Dünya Kuboku (23-25 fevral)
Milli Gimnastika Arenasında baş tutacaq yarış batutçularımız üçün də xüsusi əhəmiyyət kəsb edir. Dünya Kubokunda idmançılar lisenziya qazanmaqla Olimpiadaya çıxış əldə edə biləcəklər. Bu mənada Bakı reytinq xallarını artırmaq istəyən gimnastların son dərəcə vacib dayanacağıdır. Azərbaycan gimnastı Selcan Maqsudova lisenziya qazanmağa daha çox şanslıdır.
Eyni zamanda, Dünya Kubokunda tamblinq yarışı da marağın artmasına səbəb olacaq, xüsusən də, komandamızın ötən il Böyük Britaniyanın Birminqem şəhərində keçirilən dünya çempionatında komanda şəklində qızıl, Mixail Malkinin isə fərdi hərəkətlərdə zəfərli çıxışı fonunda.

İdman gimnastikası üzrə Dünya Kuboku (7-10 mart)
İdman gimnastikası üzrə Dünya Kubokunda Olimpiadaların, dünya və qitə çempionatlarının qaliblərini görə biləcəyik. Lisenziyalı yarışda həm çoxnövçülükdə, həm də fərdi yarışlarda müxtəlif alətlərdə nəticələr göstərmək xüsusilə vacibdir. Çünki burada da gimnastlar Olimpiadaya lisenziyanı təmin edə biləcək.
Azərbaycan milli komandasının heyətində Nikita Simonov, İvan Tixonov və Nazənin Teymurova Parisə bilet uğrunda mübarizə aparacaqlar.

Bədii gimnastika üzrə Avropa Kuboku (29-31 mart)
Yeni yaradılmış Avropa Kuboku turniri innovativ sistem üzrə keçiriləcək. Çoxnövçülükdə fərdi və qrup hərəkətlərinin final mərhələsində yeniyetmə qızların iştirakı turnirə əlavə maraq qatacaq.

Güləş üzrə Avropa Təsnifat Turniri (5-7 aprel)
Yarışda hər çəki dərəcəsində Olimpiadada iştiraka zəmin yaradacaq iki lisenziya uğrunda mübarizə aparılacaq. Dünya Güləş Birliyinin (UWW) reqlamentə etdiyi yeniliklərin tətbiq edələcəyi Bakı turniri, təbii ki, böyük maraqla izləniləcək. Yığmalarımız evdə maksimum vəsiqə qazanmağa çalışacaqlar. Azərbaycan millisinin 2 yunan-Roma, 1 sərbəst güləşçisi artıq Olimpiadaya lisenziyanı təmin edib.

Bədii gimnastika üzrə Dünya Kuboku (19-21 aprel)
4 mərhələdən ibarət Dünya Kubokunun 3-cü mərhələsi Bakıda keçiriləcək. Planetin aparıcı gimnastları paytaxtımıza yeni kompozisiyaları ilə gələcək. Reytinq turnirindəki yeniliklər həm fərdi, həm də qrup hərəkətləri üzrə çıxışlarda icra olunacaq. Bu baxımdan Milli Gimnastika Arenasında yarışı canlı izləyən tamaşaçılar yeniliklərdən zövq ala bilərlər.
Azərbaycan gimnastlarının, xüsusilə Zöhrə Ağamirovanın hazırladığı yeni kompozisiyalar da rəngarəng olacaq.

Atıcılıq üzrə Dünya Kuboku (1-12 may)
Ötən il Dünya Kuboku və dünya çempionatına ev sahibliyi edən Bakı Atıcılıq Mərkəzində daha bir reytinq turniri gerçəkləşəcək. Yarışda təcrübəli atıcılar Olimpiya lisenziyası uğrunda sərrastlıqlarını yoxlayacaqlar.

Güləş üzrə U-23 Avropa çempionatı (20-26 may)
Qitə miqyaslı lisenziya xarakterli turnirdən sonra Azərbaycan güləş üzrə daha bir yarışa ev sahibliyi edəcək. U-23 yaş kateqoriyası praktiki olaraq formalaşmış idmançılardan ibarətdir. Bu mənada mübarizə kifayət qədər fərqli və maraqlı olacaq. Milli komandamız yarışın əsas favoritlərindən biri hesab edilir.

"Formula-1" üzrə Azərbaycan Qran-prisi (13-15 sentyabr)
"Formula-1" üzrə növbəti dünya çempionatı 24 mərhələdən ibarət olacaq. Onlardan biri ənənəvi olaraq Bakıda keçiriləcək. Əvvəlki illərdə yarış iyun və ya aprel ayında baş tuturdusa, bu dəfə Qran-prini sentyabrda qəbul edəcəyik. Keçən il Bakı trassında Maks Verstappenin qələbəsi çoxları üçün gözlənilməz idi. Növbəti Qran-pridə də "Red Bull" pilotları uğurunu təkrarlamağa çalışacaqlar.

TeamGym üzrə Avropa çempionatı (16-19 oktyabr)
Gimnastikanın bu növü qitədə getdikcə populyarlıq qazanır. Yeniliklərlə yadda qalacaq yarış 3 alətdə çıxışlardan ibarətdir: xalça, akrobatika cığırı və trampet (kiçik batut). Turnir üç proqram üzrə keçiriləcək: qadınlar, kişilər və qarışıq komanda. TeamGym üzrə Avropa çempionatını bu proqramla ilk dəfə Bakı qəbul edəcək.







Xəbər news

Fərid Qayıbov Estoniyaya səfər edib
  • Xəbər news
  • 14:20 10.12.2024
Fərid Qayıbov Estoniyaya səfər edib
Xorvatiya – turizm və futbol ölkəsi
  • Xəbər news
  • 23:59 09.12.2024
Xorvatiya – turizm və futbol ölkəsi
 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir