- Xəbər news
- 01:00 22.01.2026
"Arsenal" və "Liverpul" gənclərə dəstək üçün doğma formalarını geyinmədilər
90deqiqe.az xəbər verir ki, ötən İngiltərə Federasiya Kubokunun pley-off mərhələsində baş tutan "Arsenal" - "Liverpul" matçında maraqlı hadisə baş verib. Belə ki, hər iki komanda cinayəti və gənclər arasında zorakılıqla mübarizə məqsədi daşıyan 'Daha Qırmızı Yox' kampaniyasının bir hissəsi olaraq doğma formalarını geyinməyiblər.
"Arsenal" matça 2022-ci ildə satışa çıxarılmış ağ, "Liverpul" isə cari mövsüm səfər oyunları üçün nəzərdə tutulmuş bənövşəyi forma ilə meydana çıxıb.
Qeyd edək ki, matçı 0:2 hesabı ilə qazanan "mersisaydlılar" növbəti mərhələyə yüksəliblər.