- Xəbər news
- 22:11 05.12.2025
Braziliya millisinin və PSG-nin futbolçusu Tiaqo Silva, Argentina millisinin kapitanı Lionel Messinin Cənubi Amerika Futbol Konfederasiyasını korrupsiyada ittiham etməsi ilə bağlı açıqlama verib.
Corner.az “goal.com”a istinadən xəbər verir ki, Silva, Messinin fikirlərinə belə cavab verib:“Məğlub olduqdan sonra başqa günahkarlar axtarırıq. PSG Barcelona'ya 1:6 hesabıyla uduzanda, mənim fikrimə görə, Messi hakim rolunu oynamışdı. Ancaq biz hakimin “Barcelona”nın lehinə verdiyi qərarları müzakirə etmədik. Bir-birimizə hörmətlə yanaşmalıyıq. Braziliyanın 5 dəfə dünya çempionu olması təsadüfi deyil. Hər şey meydanda baş verir”.