27 iyul 2024. Şənbə

"Bayern Münhen" əfsanəsini belə yad etdi

"Bayern Münhen" Frants Bekkenbauerin şərəfinə Allianz Arena stadionunu işıqlandırıb


"Bayern Münhen" əfsanəsini belə yad etdi

"Bayern Münhen" Frants Bekkenbauerin şərəfinə Allianz Arena stadionunu işıqlandırıb. 

90deqiqe.az xəbər verir ki "Der Kayzer" ləqəbli əfsanə üçün arena gecə saatlarında fasiləsiz işiqlandırılıb. 

Həmçinin qarşıdakı günlərdə axşam saat 16:30-dan 22:00-a kimi Allianz Arena "Təşəkkür edirəm Franz" sözləri ilə işıqlanacağı bildirilib.

Qeyd edək ki, Bekkenbauer “Bavariya” ilə dörd liqa titulunu qazandı və alman nəhəngləri 1974, 1975 və 1976-cı illərdə Avropa kubokunu qazananda kapitan idi.







Xəbər news