- Xəbər news
- 17:24 18.02.2025
“Los Angeles Lakers”in lideri Lebron Ceyms “Toronto Raptors”la matçından sonra hakimlikdən danışıb. Meqaulduz görüşlərin düzgün idarə olunmadığını qeyd edib.
90deqiqe.az xəbər verir ki, daha əvvəl “Toronto Raptors”un baş məşqçisi Darko Rajakoviç onların matçını idarə edən hakimləri tənqid edib.
"Bu utancvericidir. Hakimlərə ayıb olsun, buna imkan verən liqaya ayıb olsun. Onlar 23 sərbəst atış alırlar, biz isə son rübdə yalnız iki atışı əldə edirik? - Rajakoviç oyunsonrası mətbuat konfransında bu sözləri səsləndirib.
Lebron Ceyms isə "Mən onların qaydaları pozduqlarını düşündüm, biz etmədik" ifadəsini söyləyib.