5 dekabr 2025. Cümə

Niderlandlı veteran futbolçuya qadağa qoyuldu

Mark Overmars bir il futboldan uzaqlaşdırıldı


Niderlandlı veteran futbolçuya qadağa qoyuldu

Niderland Futbol Assosiasiyası (KNVB) keçmiş Niderland millisinin üzvü Mark Overmarsın "Ayaks Amsterdam"da qadınlara qarşı qeyri-adekvat davranışına görə ən azı bir il peşəkar futbolda heç bir vəzifə tutmasına icazə verilməyəcəyini açıqlayıb. 

90deqiqe.az xəbər verir ki, veteran futbolçu bir neçə qadına uyğun olmayan fotoşəkillər və mesajlar göndərdiyi ortaya çıxıb. Çoxsaylı şikayətlərdən sonra 50 yaşlı eks vingerə bir il ərzində futbol qadağası qoyulub. 

Qeyd edək ki, Mark karyerası ərzində "Arsenal", "Barselona", "Ayaks" kimi klublarda top qovub. 







Xəbər news