27 iyul 2024. Şənbə

Neymarın atasından Alveşə dəstək

“Əl-Hilal”ın forvardı Neymar Juniorun atası Neymar da Silva Santos “Barselona”nın sabiq futbolçusu Dani Alveşə yardım edib


Neymarın atasından Alveşə dəstək

“Əl-Hilal”ın forvardı Neymar Juniorun atası Neymar da Silva Santos “Barselona”nın sabiq futbolçusu Dani Alveşə yardım edib

90deqiqe.az xəbər verir ki, o, 40 yaşlı sabiq futbolçunun hesabına pul köçürüb və vəkil tutub. Bu barədə UOL məlumat yayıb.

Məlumatda, Dani şəxsən Neymarın ailəsi ilə əlaqə saxlayıb. Futbolçunun atası onun hesabına dərhal 150 ​​min avro köçürüb. Vəsait təcavüzə məruz qalan qıza təzminat kimi istifadə olunacaq. Bununla yanaşı, bu məbləğin Alveşin cəzası yüngülləşdirilə biləcəyi vurğulanıb.

Bundan əlavə, Neymar da Silva ötən ilin yayında Qustavo Xisto adlı şəxsi vəkil tutub. 

Xatırladaq ki, Dani Alveş 5-7 fevral 2024-cü il tarixlərində İspaniyada zorlama ittihamı ilə məhkəmə qarşısına çıxacaq. Ötən ilin yanvar ayında o, Barselonadakı gecə klubunda 23 yaşlı qızı zorlamaqda ittiham olunaraq həbs olunub. Bu səbəbdən keçmiş futbolçunu 12 il azadlıqdan məhrum etmə cəzası gözləyir.







Xəbər news