Messi özünə hörmət etməlidir - Tite
Braziliya millisinin baş məşqçisi Tite Argentina seçməsinin kapitanı Lionel Messini tənqid edib.Corner.az “goal”a istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun Amerika kubokunda Çili ilə 3-cülük oyunundan sonra hakimliklə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən 58 yaşlı mütəxəssis Braziliyanın təmiz qələbə qazandığını bildirib: “Unikal və yadplanetli hesab etdiyim oyunçu özünə hörmət etməli və məğlubiyyəti qəbul etməlidir. Biz də bir neçə oyunda hakimlərin qərarından əziyyət çəkdik. Argentinaya qarşı təmiz oynadıq. Mən son dərəcə açıqsözlü insanam. Messi şöhrətinə görə güclü təzyiq altındadır. Meydandan qovulması ədalətsizlik idi. Çünki orada günahkar Medel idi. Messiyə ən pis halda sarı vərəqə göstərilməliydi”.Qeyd edək ki, Argentina yarımfinalda Braziliyaya 0:2 hesabı ilə məğlub olmuşdu.