- Xəbər news
- 22:34 14.11.2024
Xorvatiyada keçirilən güləş üzrə "Zaqreb Open" turniri davam edir.
90deqiqe.az xəbər xəbər verir ki, yarışın üçüncü günündə 6 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Qadın güləşçilər son 4 dəst medal üçün mübarizə aparacaqlar. Yunan-Roma güləşində yarışın ilk günündə iki çəkidə qaliblər bəlli olacaq.
Azərbaycan millisinin 6 üzvü xalça üzərinə çıxacaq. Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq) və Elis Monolova (68 kq) qadınların mübarizəsinə qoşulacaq.
“Klassiklər”in yarışında isə Xasay Həsənli, Sənan Süleymanov (hər ikisi 77 kq) və İslam Abbasov (87 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, yarışın arxada qalan iki günündə Azərbaycan millisi üç medal qazanıb. 61 kq çəki dərəcəsində mübarizə aparan Əliabbas Rzazadə və Nürəddin Novruzov, 74 kq-da Cəbrayıl Qadjyev fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.