22 oktyabr 2024. Çərşənbə axşamı

FIFA Bakıda turnir keçirəcək

FİFA Bakıda milli komandalar arasında beynəlxalq turnir təşkil edəcək.


FIFA Bakıda turnir keçirəcək

FİFA Bakıda milli komandalar arasında beynəlxalq turnir təşkil edəcək.

90deqiqe.az xəbər verir ki, qurum “FİFA series” adlanan yeni layihə çərçivəsində bunu reallaşdıracaq.

Yeni layihəyə əsasən, FİFA təqvimində olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan A milli komandaların iştirakı ilə mini turnir təşkil olunacaq. Müxtəlif qitələrdə mini turnir formatında təşkil olunacaq və dörd komandanın qatılacağı ilk belə yarışlardan birinin mart ayında Bakıda keçirilməsi nəzərdə tutulub.

Avropadan ölkəmizlə yanaşı Bolqarıstan, Afrikadan Tanzaniya, Asiya qitəsindən isə Monqolustan milli komandaları turnirdə mübarizə aparacaqlar. İlk dəfə təşkil olunacaq turnir barədə ətraflı məlumat (təqvim, püşk, stadionlar və s.) daha sonra məlumat veriləcək.







Xəbər news