22 oktyabr 2024. Çərşənbə axşamı

Seymur Məmmədov federasiya prezidenti oldu - FOTOLAR

Azərbaycan Bilyard Federasiyasına (ABF) yeni prezident təyin olunub.


Seymur Məmmədov federasiya prezidenti oldu - FOTOLAR

Azərbaycan Bilyard Federasiyasına (ABF) yeni prezident təyin olunub.

Federasiyadan 90deqiqe.az-a verilən məlumata görə, Azərbaycanda bilyard idmanının təşkili və inkişafı sahəsində böyük təcrübəsi olan Seymur Məmmədov bu gündən öz vəzifəsinin icrasına başlayıb.

ABF-nın prezidenti kimi ilk bəyanatında cənab Məmmədov göstərilən etimada görə minnətdarlığını bildirib və həmçinin Azərbaycanda bilyardın yeni səviyyəyə yüksəldilməsi əzmində olduğunu vurğulayıb. “Bilyard təkcə idman deyil, bu, həyat tərzidir və mən çalışıram ki, bu idmanı hər bir Azərbaycanlı üçün əlçatan edək. Biz istedadın inkişafı üçün şərait yaratmaq, idmançılarımızı dəstəkləmək, idmanın inkişafına təkan verəcək tədbirlər həyata keçirəcəyik.

Seymur Məmmədov həmçinin Azərbaycanın dünya bilyard ictimaiyyətində nüfuzunun yüksəldilməsi məqsədilə bilyard idmanı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək və müxtəlif yarışlarda iştirak etmək niyyətində olduğunu bildirib.

Seymur Məmmədov ABF yeni perspektiv və strateji baxış gətirir və biz əminik ki, onun rəhbərliyi altında Azərbaycanda bilyard öz uğurlu yolunu yeni zirvələrə aparacaqdır.







Xəbər news