24 noyabr 2024. Bazar günü

Sabah Afrika Millətlər kubokuna start verilir - ARAŞDIRMA


Sabah Afrika Millətlər kubokuna start verilir - ARAŞDIRMA

Sabah 34-cü Afrika Millətlər kubokuna start veriləcək. Ötən il baş tutması planlanlaşdıran qitə turniri təqvimin sıxlığı səbəbindən bu ilə təxirə salınıb. Kot-d İvuarda təşkil olunacaq turnirdə 24 komanda mübarizə aparacaq. 

90deqiqe.az saytı olaraq turnirin tarixi barədə araşdırma aparmışıq Həmin yazını təqdim edirik :

1957-ci ildə keçirilən ilk turnirdə cəmi 4 komanda oynayıb. Qitə turniri bir neçə dəfə reqlament dəyişikliyinə məruz qalıb. Son iki yarışda isə 24 ölkə mübarizə aparıb. Bu dəfə komanda sayı eynidir. İki ildən bir təşkil olunan yarışa bu dəfə Kot D`İvuar ev savibliyi edəcək. Oyunlar Abidjan, Buake, San Pedro, Yamoussoukro və Korhoqo şəhərlərində yerləşən 6 stadionunda keçiriləcək. 2024-cü il Afrika Kuboku bir neçə mərhələdə keçiriləcək: əvvəlcə 24 komanda qrup turnirində mübarizə aparacaq. Hər qrupda 4 komanda yer alıb. İlk iki pilləni tutan komandalar və ən yaxşı 4 qrup üçüncüsü adını növbəti mərhələyə yazacaqlar. Daha sonra isə pley-off oyunları başlayacaq.

Bu il də “Qara qitə”dəki turnirin başlama vaxtları müzakirəyə səbəb olub. Afrikadakı isti hava şəraiti ilə əlaqədar turnir Avropa futbol mövsümünün ortasına təsadüf edir. Buna görə də əksər komanda bu zaman kəsiyi ərzində aparıcı üzvlərinin xidmətindən yararlana bilməyəcək. Azərbaycanda toq qovan futbolçulardan “Qarabağ”ın şərəfini qoruyan Patrik Andrade Kapo-Verde yığmasının uğurları üçün tər tökəcək.

“Qara qitə”nin nüfuzlu turniri bu il də iddialı komandaların çoxluğu ilə seçilir. Son çempion Seneqal yenə favoritdir. Aliu Sissenin rəhbərlik etdiyi kollektivdə təcrübəli oyunçuların sayı yetərincədir.

Son mundialda bütün proqnozları alt-üst edərək yarımfinala yüksələn Mərakeş də çempionluğa iddialıdır. Valid Reqraqinin kollektivi 48 illik həsrətə son qoymaq niyyətindədir. Kuboku rekord sayıda - 7 dəfə  başı üzərinə qaldıran Misiri də hesabdan silmək olmaz. Mohamed Salahın liderli olduğu milli 2017-ci ildə doğma azarkeşləri önündə Kameruna, ötən turnirdə isə penaltilərdə Senaqala uduzub. “Fironlar” titula yiyələnməklə bu uğursuzluğu unutdurmağa çalışacaq. Rui Vitoriyanın kollektivi əla formadadır. Portuqaliyalı mütəxəssin rəhbərlik etdiyi müddətdə misirlilər bütün rəsmi görüşləri qələbəylə başa vurublar.

Adı həmişə favoritlər siyahısında çəkilən Nigeriya yığması aparıcı futbolçulardan Viktor Bonifeysin xidmətindən yararlana bilməyəcək. Lakin onun adaşı Osimhenin liderliyi ilə “superqartallar”ın çempionluq uğrunda mübarizə aparması sürpriz sayılmayacaq.

Meydan sahibi Kot D`İvuarın heyətində Didye Droqba kimi ulduz futbolçu olmasa da, azarkeş faktoru onları xeyli təhlükəli komandaya çevirir.

Mohammed Kudus, İnyaki Uİlyams kimi oyunçulara sahib Qana, Tunis, Kamerun və Əlcəzair yığmaları da sürpriz etmək iqtidarındadır.

Kubokun qalibi 7 milyon dollar qazanacaq. Gümüş medalçı 4 milyon, yarımfinalda uduzanlar isə 2,5 milyon dollar irəli düşəcəklər. Çempionun adına fevralın 11-də keçiriləcək final görüşündə aydınlıq gələcək.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir