22 oktyabr 2024. Çərşənbə axşamı

Ötən il idmançılardan 1142 antidopinq testi götürülüb

Ötən il Azərbaycan idmançılarından 1142 antidopinq testi götürülüb. 282 beynəlxalq sifariş üzrə test həyata keçirilib. Test bölüşdürmə planı 26 idman növünü və 51 yarımnövü əhatə edib.

90deqiqe.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Media və Kommunikasiya şöbəsinin müdiri Səxavət Quliyev deyib.

Onun sözlərinə görə, 35 milli yarışda testetmə keçirilib və 11 beynəlxalq turnirdə nümunə toplamaq AMADA-ya həvalə olunub: “Analizlərin 96,5 faizi Bakıda, 1,5 faizi bölgələrdə, 2 faizi isə dünyanın digər şəhərlərində götürülüb. Ümumi test olunan idmançı sayının 18 faizini azyaşlı, 7 faizini isə məhdud imkanlı idmançılar təşkil ediblər”.

S.Quliyev bildirib ki, həmçinin dayanıqlı, şəffaf, inklüziv və innovativ gələcəyə töhfə vermək üçün AMADA-nın 2021-2025-ci illəri əhatə edən Strateji Planına uyğun olaraq, cari il üçün hədəflər də müəyyənləşdirilib: “Agentlik WADA, Beynəlxalq Test Agentliyi, UNESCO və Avropa Şurasının antidopinq üzrə komitə və komissiyaları ilə birgə fəaliyyətini davam etdirəcək”.

Xəbər news