5 fevral 2025. Çərşənbə

Messi onu "Barselona"da görmək istəyir


Messi onu "Barselona"da görmək istəyir

"Manchester United"in futbolçusu Pogba "Barcelona"ya keçə bilər.

Corner.az-ın məlumatına görə, komandanın liderləri Lionel Messi və Pique, həmçinin fransalı yarımmüdafiəçinin millidəki komanda yoldaşları Ousmane Dembele və Samuel Umtiti, eyni zamanda klubun baş məşqçisi  Valverde P.Pogbanı Kataloniya təmsilçisində görmək istəyirlər.

"Barça"nın seleksiya bölməsinin nümayəndələri isə P.Pogbanın transferinə tərəddüd edirlər. Onlar fikrincə, 25 yaşlı futbolçu komandanın oyun üslubuna uyğun deyil. Nümayəndələr mərkəzdə daha çox topu saxlayan oyunçunun çıxış etməli olduqlarının düşünürlər.

Manchester United'in Poqba üçün 101 milyon avro tələb edəcəyi gözlənilir.







Xəbər news