- Xəbər news
- 22:11 05.12.2025
İspaniya Milli Məhkəməsi “Barcelona”nın futbolçusu Jerar Pike ilə bağlı qərarını açıqlayıb.
Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, məhkəmə 32 yaşlı futbolçunu 2008, 2009 və 2010-cu illərdə imic hüquqlarından əldə olunmuş gəlirlər üzrə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün cəzalandırıb. Qərara əsasən, ispaniyalı müdafiəçi 2,3 milyon dollar məbləğində cərimələnib.
Qeyd edək ki, Pike qərara etiraz olaraq İspaniyanın Ali Məhkəməsinə müraciət edə bilər.