6 dekabr 2025. Şənbə

Starricin iti tapıldı


Starricin iti tapıldı
Liverpul'dan ayrılan futbolçu Daniel Starricin Laki Luççi adlı iti tapılıb.

Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Los-Anceles polisi məlumat yayıb. İki gündür davam edən axtarışlar bu gün səhər nəticə verib. Hələlik iti kimin tapması barədə açıqlama verilməyib. Hadisəyə görə heç kimin həbs olunmadığı bildirilib.

Qeyd edək ki, Starricin iti Los-Ancelesdəki evi qarət olunan zaman itmişdi. Futbolçu onu tapana 20-30 min dollar mükafat söz vermişdi.





Xəbər news