27 iyul 2024. Şənbə

Fələstin futbol tarixində ilk!


Fələstin futbol tarixində ilk!

Fələstin tarixində ilk dəfə 1/8 finala yüksəlib

90deqiqe.az xəbər verir ki, Fələstin Asiya Kubokunun C qrupunun son oyununda Honq Konqu 3:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə 1/8 finala yüksəlib. Asiya futbol Konfederasiyasının bu il 18-ci dəfə təşkil etdiyi qurumda C qrupunun son oyunları keçirilib.
Qrup lideri İran ən yaxın izləyicisi Birləşmiş Ərəb Əmirliklərini Mehdi Tareminin qolları ilə 2:1 hesabı ilə məğlub edib. 9 xal toplayan İran 3 görüşün hamısında qalib gələrək, 4 xalla 2-ci olan Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə 1/8 finala yüksəlib.

Qrupun digər oyununda isə Oday Dabbaq və Zaid Qunbarın qolları ilə Honq Konqu 3:0 hesabı ilə məğlub edən Fələstin  turnir tarixində ilk qələbəsini qazanıb . Xallarını 4-ə yüksəldən və ən yaxşı 3-cü qruplar arasında yer alan Fələstin tarixində ilk dəfə son 16 komandaya düşüb. Honq Konq turniri xalsız başa vurub.







Xəbər news