- Xəbər news
- 01:00 22.01.2026
Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununa çıxıb.
Corner.az-ın məlumatına görə, “qırmızı-qaralar” Bolu hazırlığının 8-ci günündə Ukrayna təmsilçisi “Vorskla” ilə qarşılaşıb və 1:3 hesabı ilə məğlub olub. "Qırmızı qaralar"ın yeganə qolunu 41-ci dəqiqədə Ülvi İsgəndərov vurub.
Xatırladaq ki , "Vorskla" ötən mövsüm Premyer Liqani 7-ci pillədə tamamlayıb.
Qeyd edək ki, "Qəbələ" iyulun 7-də bu ölkənin digər təmsilçisi “Mariupol”a 2:1 hesabı ilə qalib gəlib. Həmin görüşdə də Ü.İsgəndərov 1 qola imza atıb.