27 iyul 2024. Şənbə

FİFA-nın VAR-la bağlı qəbul etdiyi qərar - ARAŞDIRMA


FİFA-nın VAR-la bağlı qəbul etdiyi qərar - ARAŞDIRMA

Yəqinki hər bir futbolsevər razılaşarki, matçlardan sonra nəticədən daha çox, hesaba təsir edən göstərişlər müzakirə mövzusuna çevrilir. Dünyanın bir çox yerində olduğu kimi, ölkəmizdə də hakim qərarları birmənalı qarşılanmır. Artıq 2018dən tətbiq edilən video köməkçi referi meydan hakimlərinin işinə faydalı olsa da, hələ də ictimaiyyət nəticələrin qərəzsiz olmadığına inanırlar.

90deqiqe.az xəbər verir ki, FİFA VAR sistemi ilə bağlı qəbul etdiyi radikal qərarlara diqqət yetirsək əsasən əsas yenilik stadionlarda yeni səs sistemi quraşdırılması və bu sistem vasitəsilə azarkeşlərın matç zamanı VAR danışıqlarını canlı dinləyə bilməsidir. Portuqaliyanın icazə verdiyi bu üsul daha əvvəl 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada keçirilən qadınlar arasında dünya çempionatında sınaqdan keçirilib. Bu arada Portuqaliya Futbol Federasiyasının Hakimlər Şurası IFAB və FİFA-nın təsdiqindən sonra bu yeniliyi rəsmən açıqlayıb.

İdarə heyəti tərəfindən edilən şərhdə "Video hakimin müdaxilə etdiyi hallarda, audio sistem vasitəsilə, qərar üçün edilən çıxışlar həm stadionda olanlara, həm də matçı evdə televiziyadan izləyən azarkeşlərə canlı olaraq ötürülə biləcək. Bu tədbir VAR sisteminin tətbiq olunduğu milli yarışlarda sınaqdan keçiriləcək və hakimlərə qərarlarını izah etməyə imkan verəcək”. deyilib.  







Xəbər news