8 sentyabr 2024. Bazar günü

"Qəbələ"nin yeni transferi sabah Azərbaycana gəlir - ÖZƏL


"Qəbələ"nin yeni transferi sabah Azərbaycana gəlir - ÖZƏL

"Qəbələ"nin yeni transferi sabah Azərbaycana gəlir.

90deqiqe.az saytının xəbər verdiyi kimi "Qəbələ” qış transfer dövründə eks futbolçusu Klesio Baukun keçidini rəsmiləşdirmişdi.

Lakin Afrika Millətlər kubokunda Mozambik millisinin şərəfini qoruyan 29 yaşlı vinger bölgə təmsilçisinin siralarına qoşula bilməmişdi.

Klubun mətbuat xidmətindən 90deqiqe.az saytına verilən xəbərə görə Klesio Bauk sabah ölkəmizə gələcək. Onun düşərgəyə qoşulması isə yanvarın 28-də oynanılacaq "Neftçi" - "Qəbələ" matçından sonra baş tutacaq.

Qeyd edək ki, Afrikalı oyunçu 2019/2020 mövsümündə də “Qəbələ”nin formasını geyinib. O, 22 oyunda 3 qol vurub. Bauk Premyer Liqada 18, Azərbaycan kubokunda 2 (3 qol), avrokuboklarda 2 matçda meydana çıxıb.

 







Xəbər news

Təbrik
  • Xəbər news
  • 02:49 02.09.2024
Təbrik