- Xəbər news
- 01:00 22.01.2026
Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Corner.az xəbər verir ki, son oyun günündə də iki görüş keçirilib.Fil Dişi Sahili Əlcəzair yığması ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçəylə yekunlaşıb Bu səbəbdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Əlcəzair yığması yarımfinala yüksəlib.
Günün digər matçında isə Madaqaskar və Tunis yığması ilə qarşılaşıb. Tunis yığması Madaqaskar'ı üç cavabsız qolla məğlub edərək növbəti mərhələyə adlayıb
Daha öncə Seneqal və Nigeriya yığmaları yarımfinalda oynamaq hüququ qazanmışdı. Beləliklə, finala vəsiqə uğrunda Seneqal Tunislə, Nigeriya Əlcəzairlə mübarizə aparacaq. Yarımfinal görüşləri iyulun 14-də keçiriləcək.
Afrika Millətlər Kuboku, 1/4 final
10 iyul
Seneqal – Benin 1:0
Qol: Queye, 70.
Nigeriya – CAR 2:1
Qol: Çukvueze, 27. Trost-Ekonq, 89 – Zunqu, 71.
11 iyul
Fil Dişi Sahili – Əlcəzair 1:1 (penaltilər – 3:4)
Qol: Kodjia, 62 – Fequli, 20.
Madaqaskar – Tunis 0:3
Qol: Sassi, 52. Msakni, 60. Sliti, 90.