- Xəbər news
- 22:34 14.11.2024
Gürcüstanda taekvondo üzrə açıq Rustavi birinciliyi başa çatıb.
90deqiqe.az xəbər verir ki, Azərbaycan turnirdə 4 klubla təmsil olunub.
"Modern" İdman Məktəbinin taekvondoçuları yarışı 20 medalla başa vurublar. Coşqun Nadirov və Şahin Məhərrəmovun rəhbərlik etdiyi komandada uşaqların yarışında Nadir Paşayev (24 kq, 2015-ci il), Vaqifcan Quliyev (21 kq, 2015), Həsən Səmədov (24 kq, 2014) Amir Nuriyev (27 kq, 2014, Hafiz Cəfərli (27 kq, 2013), Toğrul Hüseynli (33 kq, 2013) birinci, Ziyadxan Əfəndiyev (27 kq, 2014), Əmirxan Zakirov (33 kq, 2014), Amir Eminov (33 kq, 2013), Sofi Məlikzadə (30 kq, 2016), Fərid Mahmudov (+36 kq, 2015) ikinci, Fərid İbrahimov (21 kq, 2016) üçüncü yeri tutub.
Yeniyetmələrin mübarizəsində Elxan Mirzəzadə (156 sm), Mark Kozıryev (160 sm), İlham Feyzullayev (172 sm), Ümid Umudov (176 sm), İnci Paşalı (168 sm) qızıl, Emil Əsgərov (152 sm) bürünc medala yiyələnib.
Gənclər arasında Ayan Əliyeva (63 kq) fəxri kürsünün 2-ci, Radim Tahirov (51 kq) 3-cü pilləsinə yüksəlib.
Məşqçi Ramin Həsənovun rəhbərlik etdiyi 6 saylı UGİM-də Ömər Quliyev (33 kq, uşaqlar) qalib adına sahib olub.
"Zenit" İdman Cəmiyyətindən məşqçi Fatma Əliyevanın komandasında Mirhəsən İsmayılzadə (21 kq, uşaqlar) də eyni uğuru təkrarlayıb.
"Sərhədçi" İdman-Sağlamlıq Mərkəzi isə turniri 3 gümüş medalla bitirib. Məşqçi Elmir Fərəcovun başçılığı altında Nicat Qurbanlı (148 sm), Zərifə Fərəcli (156 sm) və Rafael Nəzərli (152 sm) ikinci yeri tutublar.
Qeyd edək ki, ümumi komanda hesabında Azərbaycan 13 qızıl, 9 gümüş və 3 bürünc medalla turniri ikinci pillədə başa vurub.