18 avqust 2026. Çərşənbə axşamı

"Qızıl top" mükafatını Messi qazanmalıdır


"Qızıl top" mükafatını Messi qazanmalıdır

“Barcelona”nın və Braziliya millisinin sabiq futbolçusu Rivaldo maraqlı açıqlama verib.

Corner.az “Marca”ya istinadən xəbər verir ki, 47 yaşlı sabiq futbolçu, “qızıl top” mükafatını “Barcelona”nın futbolçusu Lionel Messinin qazanmalı olduğunu deyib:“Düşünürəm ki, bu il “qızıl top” mükafatını Messi qazanmalıdır. Düzdür, o, Çempionlar Liqasını qazana bilməyib, amma bu şəxsi mükafatdır, həmçinin çox qol vurub. Ona görə Messi, bu mükafata layiqdir”.







Xəbər news