23 noyabr 2024. Şənbə

“Vizyon-2030” layihəsi uğursuz oldu? - ARAŞDIRMA


“Vizyon-2030” layihəsi uğursuz oldu? - ARAŞDIRMA

Səudiyyə Ərəbistanı rəhbərliyinin idmana etdiyi yatırım və “Vizyon-2030” layihəsi ölkədə futbola marağı artırmağa hesablanmışdı. Kristanu Ronaldunun ölkəyə gəlməsindən və 20 milyard dollarlıq məbləğin liqanın ən böyük 4 klubuna ötürülməsindən sonra komandalar ciddi transferlər etməyə başladılar. Asiya Futbol Federasiyasında maliyyə feyr-pley qaydasının olmaması da komandalara bahalı keçidlər etmək üçün asanlıq yaratdı.

90deqiqe.az xəbər verir ki, son zamanlarda gündəm futbolçuların ölkədən ayrılmaq istəməsiylə sarsılır. Bunun səbəblərinə gəldikdə, ilk olaraq qeyd edək ki, Liqa çox rəqabətsizdir. Ölkənin ən güclü 4 komandası olan “Əl Nəsr”, “Əl İttihad”, “Əl Əhli” və “Əl Hilal”dan başqa, “Əl İttifaq” və “Əl Şabab” klubları da müəyyən yatırımlar etsə də, liqadakı kollektivlər arasında maliyyə və səviyə fərqi açıq-aydın görünür. Bundan başqa, Avropadan gələn ulduzlar dolu stadion və atmosferdə oynadığından buradakı azarkeşlik vəziyyətinin onlar üçün o qədər də ürəkaçan olmadığını demək olar. Nümunə üçün bildirək ki, bu mövsüm azarkeş ortalaması liqada cəmi 8 mindir. Bu süni ortamda oynamaqda ulduzların ürəyinə olmadığını demək olar. Üstəlik, azarkeşlik mədəniyyəti də gözləniləndən aşağıdır.

Təbii ki, tək ayrılıq səbəbi boş stadionlar deyil. Hər bir oyunçunun müxtəlif səbəbləri var. Məsələn “Liverpul”un eks-kapitanı Cordan Hendersonun ailəsi komandasının yerləşdiyi şəhərdən 2 saatlıq məsafədə, Bəhreyndə yaşayır. Bunun səbəbi oradakı həyat şəraitinin Səudiyyə Ərəbistanına nisbətən daha yaxşı olması, eləcə də sərbəstliyə icazə verilməsidir. Əksər futbolçuların həyat yoldaşları ərəb mədəniyyətinə və ordakı qaydalara öyrəşə bilmir. Həmçinin bəzi oyunçular quru, isti hava şəraiti və iqlimə çöl şəraitində yaşamaqa alışa bilmirlər. Lakin hər şeyi təkcə bununla bağlamaq düz deyil. “Liverpul”dan Səudiyyə Ərəbistanına gedən Roberto Firmino isə zəif çıxışına görə komandadan ayrılmaq üzrədir. “Qızıl top” sahibi Kərim Benzema isə dekabrda “Əl Nəsr”ə məğlubiyyətindən sonra azarkeşlər tərəfindən tənqid olunmasından sonra oyunçu əvvəl sosial media hesabını sildi, ölkədən ayrıldı və komandanın qış toplanışına qatılmadı. İndi isə fransalını PSJ-yə keçməsi gündəmdədir. Bundan başqa Qabriel Vieqa, Jota kimi  gənc oyunçuların da verdikləri qərardan peşman olduğu, Avropaya qayıtmaq istədikləri bildirilir. Lakin bunların əksi olaraq da İvan Rakitiç, David De Hea kimi oyunçularında “Əl-Şəbəb”a keçəcəyi də deyilir. Hər halda zaman Səudiyyə Ərəbistan nağılının da sonunun bir neçə il əvvəl Çindəki kimi olub-olmayacağını göstərəcək.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir