28 may 2026. Cümə axşamı

Van Persinin yeni iş yeri


Van Persinin yeni iş yeri

Mövsümün sonunda futbolçu karyerasını başa vuran Hollandiya millisinin sabiq futbolçusu Robin van Persinin yeni iş yeri bəlli olub.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı veteran futbolçu, bundan sonra şərhçi kimi çalışacaq. İngiltərənin “BT Sport” kanalında işləyəcək Van Persi, matçlardan əvvəl və sonra fikirlərini açıqlayacaq.


Qeyd edək ki, Van Persi “Feyenoord”, “Arsenal”, “Mançester Yunayted” və “Fənərbaxça”nın şərəfini qoruyub. 102 dəfə Hollandiya millisinin formasını geyinən futbolçu 50 qola imza atıb.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı