- Xəbər news
- 22:34 14.11.2024
Badmintonçularımız İranda beynəlxalq yarışda mübarizə aparır. Turnirin 2-ci günündə Era Maftuha qələbə qazanıb.
90deqiqe.az xəbər verir ki, Badminton üzrə Azərbaycan millisi qonşu ölkədə 32-ci dəfə baş tutan "İran Fajr 2024" turnirində böyük heyətlə iştirak edillər. Federasiyadan aldığımız məlumata görə turnir 8 gün sonra Bakıda olacaq “Azerbaijan International 2024” turnirinə hazırlıq üçün böyük əhəmiyyət daşıyır.
Ötən gündən start götürən "İran Fajr 2024" turnirinin ikinci yarış günündə isə badmintonçularımızdan Era Maftuha qələbəni bayram edib. O, yerli idmançı Zahra Robatini üstələyib. Yarışa fevralın 5-i yekun vurulacaq.
Qeyd edək ki, Bakıda keçiriləcək “Azerbaijan International 2024” beynəlxalq turniri üçün millimizin heyəti artıq bəllidir. Bakı İdman Sarayında təşkil olunacaq yarışda yığmanın 18 üzvü mübarizə aparacaq. “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə Azərbaycanı Keişa Fatimə Zəhra, Nərmin Hüseynova, Fatimə Həsənzadə, Əminə İsmayılova, Leyla Camalzadə, Aysu Kərimzadə, Viktoriya Kumanyayeva, Era Maftuha, Nəzrin Mehralızadə, Həcər Nuriyeva, Nigar Səmədova, Sərxan Bağırov, Aqil Qabilov, Əli Gözəlov, Vaqif İsmayılov, Rəvan Niftəliyev, Edi Reski Dviçayo və Dikki Dvi Pangestu təmsil edəcək.
Turnir fevralın 8-11-i aralığında baş tutacaq!