22 oktyabr 2024. Çərşənbə axşamı

"Disney +" Klopp haqqında film çəkir - KLUBDAN AÇIQLAMA

Sənədli film 2023/ 2024 mövsümünün bitməsindən sonra yayımlacaq.


"Disney +" Klopp haqqında film çəkir - KLUBDAN AÇIQLAMA

90deqiqe.az "Liverpul" klubunun rəsmi saytına istinadən xəbər verir ki, rəhbərlik mövsüm sonunda klubdan ayrılacaq Yurgen Klopp haqqında film hazırlayır. Artıq çəkilişlərin davam etdiyi dövrdə kameralar həm Kloppu, həm də futbolçuları daim izləyəcək.

Daha öncə soyunub-geyinmə otağına kamera qoyulmasına kəskin şəkildə qarşı çıxdığı bildirilən Kloppun bu dəfə buna icazə verəcəyi maraqla gözlənilir. 

Sənədli film Amazon Prime-da "Dieqo Maradona" və Stiven Cerrardın "Make Us Dream" filmi, həmçinin Koleen Runinin" The Real Wagatha Story" kimi filmlərə cavabdeh olan rejissoru və prodüser "Lorton Entertainment" tərəfindən çəkiləcək,Yayım hüqüları isə "Disney+"a məxsus olacaq







Xəbər news