- Xəbər news
- 22:11 05.12.2025
Ölkəmizdə Gimnastikaya olan maraq günü-gündən çoxalır. Olimpiyadaya əldə olunan lisenziya, həm qadın həm kişilərdən ibarət seçmələrin dünyanın bir çox nöqtələrində əldə etdiyi misilsiz nəticələr bunun əyani sübutudur.
90deqiqe.az xəbər verir ki, "Prosport Gimnastika" klubu da bu yolda yeni naliyyətlər əldə etməyi özünə prioritet hesab edir.
2022-ci ilin 1 sentyabr tarixindən etibarən fəaliyyətə başlayan "Prosport İdman klubu" gimnastika üzrə ixtisaslaşmış profesional idman kollektividir. Klubda həm qızların həm də oğlanların qəbulu mövcuddur. 3-12 yaş aralığında olan uşaqlar üçün "prosport gimnastika" klubunda gimnastikanın bədii və akrobatika növləri üçün profesional məşqlər təşkil edilir.
Komandanın fəaliyyəti dövründə 4 dəfə açıq turnir baş tutub. Eyni zamanda Azərbaycanda olan 1 və ölkə xaricində olan 2 beynəlxalq turnirdə "Prosport gimnastika" klubunun atletləri parlaq çıxışları yadda qalmışlar.