27 iyul 2024. Şənbə

Qurban Qurbanov və Rəşad Sadıqov səs veriblər

Qurban Qurbanov və Rəşad Sadıqov səs veriblər


Qurban Qurbanov və Rəşad Sadıqov səs veriblər

Əməkdar məşqçi, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov və “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov prezident seçkilərində səsvermə hüququndan istifadə ediblər.

90deqiqe.az xəbər verir ki, adıçəkilən mütəxəssislər, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı Bakı Tibb Kollecində yerləşən 2 saylı seçki məntəqəsində və 11 saylı Binəqədi-Qaradağ seçki dairəsinin 12 saylı məntəqəsində səs veriblər.

Ağdam klubunun təcrübəli çalışdırıcısı səsvermə hüququndan sonra jurnalistlərə açıqlamasında bunları deyib: 

"Seçkilərdə sevinc hissi ilə iştirak etdim və səsverməyə gələn digər insanlarda da bunu gördüm.Seçkilərdə iştirak çox əhəmiyyətlidir və mənim üçün xoş oldu. Hamımız çoxdandır bu anı gözləyirdik. Mən də səsimi verdim. Hamının çox istəkli, fəal şəkildə seçkilərdə iştirak etdiyini müşahidə edirəm. Seçicilərdə birlik, vətənə məhəbbət hiss olunur"

42 yaşlı çalışdırıcı  səsvermə hüququndan sonra jurnalistlərə fikirlərini bölüşüb.

"Azərbaycan üçün tarixi bir gündür. Çünki ilk dəfədir ərazi bütövlüyünü təmin etmiş suveren ölkə kimi seçki keçiririk. Artıq Şuşada, Laçında, Xankəndidə insanlar səsvermə hüquqlarından istifadə edirlər. Bunu eşitmək qürur hissi doğurur. Xalqımız üçün xeyirli olsun".

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.







Xəbər news