27 iyul 2024. Şənbə

“Qarabağ”ın Avropaya qapısını açan Muarrem indi haradadır? - ÖZƏL ARAŞDIRMA


“Qarabağ”ın Avropaya qapısını açan Muarrem indi haradadır? - ÖZƏL ARAŞDIRMA

Yəqin ki, hər kəs 2014-cü ildə “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Niderland təmsilçisi “Tvente”ni mübarizədən kənarlaşdırıb tarixində ilk dəfə qrup mərhələsinə adladığını xatırlayır.

Duelin səfər matçında “Qarabağ”ın yeganə qolunu vuraraq Ağdam təmsilçisinin Avropaya yolunu taybatay açan Şimali Makedoniyalı vinger Muarrem Muarrem indi haradadır?

90deqiqe.az sabiq “Qarabağ”lı futbolçu hazırda ölkəsinin “Qostivar” klubunda köməkçi məşqçi kimi çalışır. Hansı ki, son illərdə yüksəlişə keçən şəhərin eyniadlı kollektivi 2012/2013, və 2022/2023 mövsümlərində ölkə çempionatının qızıl medallarını əldə edib. 1998-ci yaradılan klubun  FK Gostivar 1919 komandası ilə heç bir əlaqəsi yoxdur. Komandanın prezidenti türkiyəli Enes Usta, baş məşqçisi isə türkiyə əsilli Atalan İsmayıldır.

Qeyd edək ki, 2012-2015 və 2016-cı illərdə “Qarabağ”ın formasını geyinən Muarrem futbolçu karyerasınada elə məhz “Qostivar”da yekun vurub.







Xəbər news