8 sentyabr 2024. Bazar günü

Ölkədən kənarda idmançılarımızdan götürülən test nümunəsinin sayı açıqlandı

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) yerli idmançıları ölkədən kənarda da testetmə prosesinə cəlb edir.


Ölkədən kənarda idmançılarımızdan götürülən test nümunəsinin sayı açıqlandı

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) yerli idmançıları ölkədən kənarda da testetmə prosesinə cəlb edir.

Bu barədə 90deqiqe.az-a AMADA-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 2023-cü ildə AMADA-nın sifarişi əsasında digər ölkələrdə 58 Azərbaycan idmançısından test nümunəsi götürülüb. Belə ki, Türkiyə və Rusiyada hər birində 17, Avstriyada 12, Bolqarıstanda 8, Yaponiyada isə 4 idmançı antidopinq testindən keçib.

Testetmə AMADA-nın həmin ölkələrin milli antidopinq təşkilatları ilə mövcud əməkdaşlığı çərçivəsində təşkil olunub.

Xatırladaq ki, ötən il AMADA 282 beynəlxalq sifariş əsasında test həyata keçirib.







Xəbər news

Təbrik
  • Xəbər news
  • 02:49 02.09.2024
Təbrik