- Xəbər news
- 12:59 04.12.2024
“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə 1/4 finala yüksəlib.
90deqiqe.az xəbər verir ki, Ağdam təmsilçisi Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində yer aldığı B qrupunu 7 xalla birinci yerdə tamamlayıb.
Vüqar Əsgərlinin kollektivi III turda yerli BATE ilə 1:1 hesablı heç-heçə edib. “Qarabağ”ın heyətində 25-ci dəqiqədə Murad İbrahimli fərqlənib.
Növbəti mərhələnin matçları fevralın 9-da keçiriləcək.
Qeyd edək ki, “Qarabağ” ilk iki turda Rusiya təmsilçiləri “Zvezda” və “Olimpik”i eyni – 2:0 hesabı ilə məğlub edib.