- Xəbər news
- 22:11 05.12.2025
PSG-nin futbolçusu Neymar imicini dəyişib.
Corner.az "Marca"ya istinadən xəbər verir ki, braziliyalı hücumçu saçlarını sarı rəngə boyadıb. O, yeni imici ilə Braziliyada Red Bull Neymar Jr's Five yarışmasında iştirak edib.
27 yaşlı futbolçunun sabah Parisə gedəcəyi, bazar ertəsi gün PSG-nin məşqlərinə qatılacağı bildirilir
Qeyd edək ki, Fransa klubunun məşqlərə vaxtına qayıtmayan Neymarı cərimələyəcəyi gözlənilir.