Dadaşov oynadı, komandası uduzdu
Millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” növbəti yoxlama oyununa çıxıb.
Corner.az xəbər verir ki, Almaniya təmsilçisi Hollandiyanın “Herakles” klubu ilə üz-üzə gəlib. Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 90 dəqiqə meydanda olan millimizin futbolçusu 54-cü dəqiqədə penaltidən bərabərlik qolunu qeyd edib.