27 iyul 2024. Şənbə

Millimiz 36 cüdoçu ilə təmsil olunacaq


Millimiz 36 cüdoçu ilə təmsil olunacaq

Bakı Böyük Dəbilqə turnirində Azərbaycan 36 cüdoçu ilə təmsil olunacaq

90deqiqe.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (BCF) qərarına əsasən,“Dünya Cüdo Turu” seriyasına daxil olan Bakı Böyük Dəbilqə turniri 16-18 fevralda keçiriləcək. Turnir Milli Gimnastika Arenasında baş tutacaq.

Üç gün davam edəcək turnirdə 64 ölkədən 416 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Azərbaycanın cüdo üzrə milli yığma komandası yarışda 13 çəki dərəcəsində 23 kişi və 13 qadın idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.







Xəbər news