- Xəbər news
- 22:34 14.11.2024
Beynəlxalq Test Agentliyi (ITA) “Paris-2024” Yay Olimpiya Oyunları öncəsi milli Olimpiya komitələri üçün təmiz idman üzrə təlimat dərc edib.
AMADA-dan 90deqiqe.Az-a bildirilib ki, təlimat Beynəlxalq Olimpiya Komitəsinin tərəfdaşlığı, Ümumdünya Antidopinq Agentliyinin (WADA) isə dəstəyi ilə hazırlanıb. Təlimatda ITA 6 ölkənin və 1 regional təşkilatın təcrübəsindən yararlanıb. Həmin təşkilatlar arasında Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) də yer alıb.
Təlimatda AMADA-nın Təhsil şöbəsinin fəaliyyətinə geniş yer verilib. Belə ki, AMADA-nın təhsil proqramlarının WADA-nın tələblərinə uyğun şəkildə təşkili, düzgün maarifləndirmə siyasətinin aparılması, dopinqin zərərlərinin idman ictimaiyyətinə dolğun və düzgün çatdırılması milli Olimpiya komitələrinə nümunə kimi göstərilib.
Həmçinin təlimatda AMADA-nın təhsil üzrə proqramlarından hazırlanmış videoçarxlar da əyani surətdə təqdim olunub.
Xatırladaq ki, AMADA 2023-cü ildə 3 min nəfəri əhatə edən təhsil proqramları çərçivəsində 52 maarifləndirmə seminarı, 17 vebinar, 6 kütləvi təşviqat tədbiri və 5 tədbir keçirib.