28 may 2026. Cümə axşamı

Hazard nömrə seçimini etdi


Hazard nömrə seçimini etdi

Real'ın yeni transferi Eden Hazard klubdakı forma nömrəsini seçib.

Corner.az "Marca" nəşrinə istinadən xəbər verir ki, belçikalı futbolçu 23 nömrəli formada çıxış edəcək. Hazardın bu nömrəni seçməsi onun basketbol azarkeşi olması ilə əlaqələndirilir. Amerika Milli Basketbol Assosiasiyasında (NBA) vaxtı ilə Maykl Cordon və Lebron Ceyms məhz 23 nömrəli forma ilə çıxış ediblər."Real"da isə bu nömrə altında ingiltərəli futbolçu Devid Bekhem çıxış edib.

Qeyd edək ki, bir müddət öncə Hazardın 7 və ya 11 nömrəsini seçəcəyi ilə bağlı iddialar yayılmışdı.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı