- Xəbər news
- 22:11 05.12.2025
Qazaxıstan Premyer Liqasında 18-ci turun oyunları keçirilir.
Corner.az xəbər verir ki, millimizin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" səfərdə "Ordabaşı"nın qonağı olub. Görüşdə qalib müəyyənləşməyib.Bu oyunda da Kostanay təmsilçisinin qapısını Balayev qoruyub.
Qeyd edək ki, 18 turdan sonra 39 xalı olan "Tobol" turnir cədvəlinə başçılıq edir. "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı "Astana" isə 38 xalla 2-cidir.