- Xəbər news
- 22:34 14.11.2024
Rusiya biatlon komandasının baş həkimi Aleksey Laqutoçkin intihar edib.
Laqutoçkin çərşənbə axşamı, fevralın 13-də saat 17 radələrində Aprelevkada öz mənzilində ölü olaraq tapılıb.
90deqiqe.az hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, mütəxəssisin cəsədini həyat yoldaşı aşkar edib.
Xəsarətlərin xarakterinə görə intihar versiyasının hazırlana biləcəyi dəqiqləşdirilir. Laqutoçkinin yaşadığı evdən odlu silah götürülüb. Ov tüfəngi ekspertizaya göndərilib.
Biatlon komandasının baş həkiminin ölümünü bir gün əvvəl Rusiya Biatlon İttifaqı açıqlayıb. SBR Aleksey Laqutoçkinin ailəsinə və yaxınlarına başsağlığı verib . Qeyd olunur ki, mütəxəssis 22 mövsümü millidə keçirib.