22 oktyabr 2024. Çərşənbə axşamı

Qadın güləşçilərimiz günü neçə medalla bitirəcək?


Qadın güləşçilərimiz günü neçə medalla bitirəcək?

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında dördüncü gün start götür.

90deqiqe.az xəbər verir ki, yunan-Roma güləşçilərimizin tarixi uğurundan sonra qadın təmsilçilərimizdə eyni nəticəni təkrarlamaq niyyətindədir. 

57 kq çəkidə Jalə Əliyeva və 65 kqda yer alan Elis Manolova  təsnifatda müvafiq olaraq macarıstanlı Erika Boqnar və Yunanıstan təmsilçisi Nikoleta Barmpa ilə üz-üzə gələcəklər. 62 kqda qüvvəsini sınayan Birgül Soltanova isə 1/8 finalda Norveç millisinin parlaq simalarından biri Qreys Yakob Bullen olacaq.

Ötən gün ardıcıl qələbələrlə finala adlayan Mariya Stadniklə və Alyona isə final görüşünə çıxacaqlar. 50 kqda mübarizə aparan Stadnik karyerasında 10-cu, 59 kqda yarışan Kolesnik isə ilk Avropa çempionluğunu qazanmağa çalışacaq. Stadnikin rəqibi türkiyəli Evin Demirhan olacaq. Kolesnik isə ukraynalı Alina Filipoviçlə münasibətlərə aydınlıq gətirəcək. 

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatında 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb. 







Xəbər news