- Xəbər news
- 22:11 05.12.2025
Afrika Millətlər Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.
Corner.az xəbər verir ki, finala vəsiqə uğrunda ilk olaraq Seneqal və Tunis yığmaları qarşılaşıb.Seneqallılar minimal hesabla qələbə qazanaraq finala yüksəlib.
Günün digər oyununda isə Əlcəzair və Nigeriya yığmaları üz-üzə gəlib. Üç qolun qeydə alındığı qarşılaşma əlcəzairlilərin qələbəsiylə başa çatıb.
Beləliklə, iyulun 19-da baş tutacaq final qarşılaşmasında Seneqal və Əlcəzair milliləri qarşılaşacaq. İyulun 17-də isə yarımfinalda uduzan kollektivlər – Tunis və Nigeriya milliləri üçüncü yer uğrunda qarşılaşacaqlar.
Afrika Millətlər Kuboku, yarımfinal
14 iyul
Seneqal 1:0 Tunis
Qol: Bronn, 100-öz qapısına.
Əlcəzair 2:1 Nigeriya
Qol: Troost-Ekonq, 40-öz qapısına. Mahrez, 90+5 – İqalo, 73.