22 oktyabr 2024. Çərşənbə axşamı

Messi uşaqlıq klubu ilə qarşılaşıb


Messi uşaqlıq klubu ilə qarşılaşıb

90deqiqe.az xəbər verir ki, ötən gecə "İnter Mayami" Floridada yerləşən "DRV PNK" stadionunda Argentinanın "Nyuells Old Boyz" komandası ilə üz-üzə gəlib.  Bakı vaxtı ilə gecə saat 04:30-da başlayan matçda Lionel Messi 60 dəqiqə meydanda olub. Görüş isə 1-1 hesabı ilə başa çatıb. 

Gənclik karyerasında Argentina kollektivinin formasını geyinən Lionel Messi görüşdən sonra heç-heçəni şərh edib.

Meqaulduz futbolçu "Mövsümün bağlanması üçün çox xüsusi matç!!!!" deyə yazıb.

Xatırlayaq ki, Messi "Nyuells Old Boyz" komandasının məzundur. 12 yaşında Lionel İspaniyanın "Barselona" klubunun akademiyasına keçdi.

Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Argentinalının klubla müqaviləsi 2025-ci ilə qədərdir. Ötən mövsüm Messi "İnter Mayami"nin heyətində bütün yarışlarda 14 oyun keçirib, 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Argentinalı daha əvvəl Barselona və PSJ-nin şərəfini qoruyub.







Xəbər news