- Xəbər news
- 22:11 05.12.2025
Afrika Millətlər Kubokunda Əlcəzair millisi Nigeriyanı 2:1 hesabıyla məğlub edərək, finala yüksəlmişdi.
Corner.az xəbər verir ki, Fransanın Marsel şəhərində qələbəni qeyd edən əlcəzairli azarkeşlərlə polis arasında qarşıdurma baş verib. Bu barədə “Frans Press” agentliyi məlumat yayıb. Məlumatda, qarşıdurma zamanı 280-dən çox əlcəzairli azarkeşin polis tərəfindən saxlanıldığı bildirilib.
Qeyd edək ki, Əlcəzair millisi Afrika Millətlər Kubokunun finalında Seneqal millisi ilə qarşılaşacaq.Final görüşü iyulun 19-da keçiriləcək.