27 iyul 2024. Şənbə

6 qat dünya çempionu Milli Gimnastika Arenasında ustad dərsi keçir


6 qat dünya çempionu Milli Gimnastika Arenasında ustad dərsi keçir

Batut üzrə Azərbaycan milli komandası və klub məşqçiləri üçün ustad dərslərinə start verilib.

90deqiqe.az xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti açıqlayıb.

Tədbir Milli Gimnastika Arenasında gerçəkləşir. Ustad dərsləri Beynəlxalq Gimnastika Federasiyasının batut gimnastikası üzrə Texniki Komitəsinin üzvü Dmitri Poliaruş tərəfindən keçirilir.

Qeyd edək ki, batut üzrə 6 qat dünya, 7 qat Avropa çempionu olan belaruslu mütəxəssis iki Olimpiya Oyunlarının iştirakçısıdır.







Xəbər news