27 iyul 2024. Şənbə

12 ildən sonra ilk Avropa çempionu olan Dadaş Dadaşbəyli Vətənə qayıdıb


12 ildən sonra ilk Avropa çempionu olan Dadaş Dadaşbəyli Vətənə qayıdıb

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının qalibi Dadaş Dadaşbəyli və Azərbaycan millisi Vətənə qayıdıb.

90deqiqe.az xəbər verir ki, atletləri Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının nümayəndələri, məşqçilər və idmançılar qarşılayıblar.

Komandamız Avropa çempionatında 9 idmançı ilə təmsil olunub.

Dadaşbəyli birdənqaldırmada 176 kq çəkinin öhdəsindən gələrək, qızıl medal alıb. O, təkanlaqaldırmada da 212 kq çəkini ram edərək, rəqiblərini qabaqlayıb. Toplamda 388 kq (176+212) nəticə göstərən yığmanın lideri fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bununla da, Dadaşbəyli kişilər arasında ağırlıqqaldırma üzrə Avropa çempionatının qızıl medalını 12 ildən sonra ölkəmizə qazandıran ilk idmançı olub.







Xəbər news