27 iyul 2024. Şənbə

"Panatinaikos" - PAOK matçında qorxulu anlar


"Panatinaikos" - PAOK matçında qorxulu anlar

Fatih Terimin baş məşqçisi olduğu "Panatinaikos"un PAOK-la qarşılaşdığı matçda ürəkağrıdan anlar yaşanıb. 

90deqiqe.az xəbər verir ki, PAOK-un formasını geyinən Rəhman Baba bir mövqedə yerdə hərəkətsiz qalıb. Həkim qruplarının müdaxiləsindən sonra özünə gələn futbolçu dərhal xəstəxanaya aparılıb.

Qeyd edək ki, "Panatinaikos"un 1:0 hesabı ilə qalib gəldiyi görüşün cavab görüşündə əsas vaxt PAOK-un 1:0 hesablı üstünlüyü ilə başa çatıb və matç əlavə vaxta keçirilib. Əlavə vaxtda hesab 2-1 olarkən, penaltilər seriyasında finalçılar müəyyənləşib. "Panatinaikos" penaltilər seriyasını 6-5 qazanaraq Yunanıstan Kubokunun final mərhələsinə yüksəlib.







Xəbər news