20 dekabr 2025. Şənbə

"Fənərbağça"nın keçmiş futbolçusu İran Liqasında məşqçi olub


"Fənərbağça"nın keçmiş futbolçusu İran Liqasında məşqçi olub

Təcrübəli məşqçi Mustafa Özer İranın Fars Körfəzi Pro Liqası komandalarından olan "Sanat Naft"komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb .

90deqiqe.az xəbər verir ki, mövsümə TFF 2-ci Liqa Ağ Qrup komandası "Zonguldak Kömürspor"un baş məşqçisi kimi başlayan Mustafa Özer İranın "Sanat Naft" komandası ilə anlaşıb. İran təmsilçisi 54 yaşlı çalışdırıcı ilə mövsümün sonuna qədər anlaşıb.

Mustafa Özer daha əvvəl “Siirtspor”, “Qaskispor”, “Yozqatspor”, “Maltepespor”, “Etimesqut Şeker”, “Buğsaş Spor”, “Yeni Orduspor”, “Əskişəhərspor”, “Ankaraspor”, “Bayrampaşa”, “Osmaniyespor” FK və “Zonguldak Kömürspor”da köməkçi məşqçi və texniki işçi vəzifələrində çalışıb.

Futbolçu karyerasında Super Liqada 180 matça çıxan Özer "Fənərbağça"da forma geyinib .







Xəbər news