- Xəbər news
- 22:11 05.12.2025
"Los Anceles Qalaksi"nin futbolçusu Zlatan İbrahimoviç karyerasını bitirdikdən sonra "Ajax"da işləyə bilər.
Corner.az xəbər verir ki, bu barədə 37 yaşlı hücumçunun özü məlumat verib: "Adətən mən oynadığım klublara qayıtmıram. Amma karyeramı bitirdikdən sonra "Ajax"ın direktoru ola bilərəm. Mən hələ də "Ajax"ı öz klubum kimi hiss edirəm. Xüsusilə, onların Avropadakı çıxışlarını gördükdən sonra bu klubla daha çox fəxr etdim. "Ajax"ın Çempionlar Liqasında yarımfinala kimi yüksəlməsini heç kim gözləmirdi".
Qeyd edək ki, isveçli futbolçu 2001-2004-cü illərdə Hollandiya kluhunda oynayıb.(qol)